“İnter” Tovuzda məşqə çıxdı

XƏBƏR 18 Sentyabr 2009 / 21:40 1730
-  A +

Sabah Premyer Liqanın beşinci turu çərçivəsində “Turan”ın qonağı olacaq “İnter” bu gün oyunun keçiriləcəyi Tovuz şəhər stadionunda matç öncəsi son məşqinə çıxıb. Qol.Az-ın məlumatına görə, “bankirlər”in məşqi əvvəlcədən nəzərdə tutulduğu kimi saat 17:00-da başlayıb. Məşq prosesində baş məşqçi Kaxaber Sxadadze futbolçularını elə də çox “yükləməyib”. Məşq 1 saatdan bir qədər artıq sürüb. “İnter” stadionu tərk etdikdən sonra meydana “Turan” çıxıb. Tovuzların heyətində Bayram Kərimovun durumu narahatlıq doğurur. “Qarabağ”la görüşdə oyunu davam etdirə bilməyərək, əvəzlənən yarımmüdafiəçinin zədəsi davam edir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı