Baş məşqçiyə 4 oyunluq cəza

Baş məşqçiyə 4 oyunluq cəza
XƏBƏR 18 Sentyabr 2009 / 14:17 1668
-  A +

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun təxirə salınmış “Olimpik-Şüvəlan” - “Neftçi” matçında qonaqların 5 futbolçusu, “Turan” - “Qarabağ” matçında isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub beş yüz manat cərimə olunub.
XVIII Azərbaycan kubokunun 1/16 final oyunlarının ilk görüşləri çərçivəsində baş tutan “Anşad Petrol” - “Şahdağ” matçının 31-ci dəqiqəsində qonaq komandanın futbolçusu Şıxqayıb Şıxqayıbov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə iyirmi manat cərimə olunub.
“MKT Araz” - “Bakılı” matçında İmişli klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 yüz manat cərimə olunduğu halda, paytaxt klubunun cəzası daha ağır olub. “Bakılı”nın baş məşqçisi Elman Sultanov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb, klub isə 400 manat cərimə olunub.
“Gəncə” - “Rəvan” və MOİK - “Neftçi” İSM matçlarında qonaq qismində çıxış edən klubların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər ikin klub 100 manat cərimə olunub.
MOİK-dən Emil Kitelman hakimi təhqir etdiyinə görə 2 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.

Mənbə: affa.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord