“Xəzər-Lənkəran” bu gün Mingəçevirdə məşqə çıxacaq

“Xəzər-Lənkəran” bu gün Mingəçevirdə məşqə çıxacaq
XƏBƏR 18 Sentyabr 2009 / 13:40 1838
-  A +

Sabah Azərbaycan Premyer Liqasının V turu çərçivəsində Mingəçevirdə “Qəbələ”nin qonağı olacaq Lənkəranınn “Xəzər-Lənkəran” klubu artıq adıçəkilən şəhərdədir. Qol.Az-ın məlumatına görə, gecə saatlarında ölkənin dördüncü şəhərinə çatan lənkəranlılar bu gün axşam saat 17:00-da qarşılaşmanın oynanılacağı stadionda oyun öncəsi son məşqlərinə çıxacaqlar. Komandanın baş məşqçisi Ağasəlim Mircavadov Qol.Az-ın əməkdaşı ilə söhbətində oyunun onlar üçün çətin keçəcəyini, lakin evə qələbə ilə dönməkdə niyyətlərində olduqlarını deyib. Qeyd edək ki, “Qəbələ”-“Xəzər-Lənkəran” matçını Fariz Yusifov idarə edəcək.

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"