Zaur Ramazanov “Neftçi”yə qarşı da oynamayacaq

Zaur Ramazanov “Neftçi”yə qarşı da oynamayacaq
XƏBƏR 18 Sentyabr 2009 / 12:55 1881
-  A +

Sumqayıtın “Standard” klubu “Qarabağ”dan 6 aylıq icarə götürdüyü Zaur Ramazanovun xidmətindən hələ də istifadə edə bilmir. Qol.Az-ın məlumatına görə, ötən tur Ağdamda “Qarabağ”a qarşı  keçirilən oyunda forma geyinməyən 33 yaşlı hücumçu sabah “Neftçi” ilə oynanılacaq V tur qarşılaşmasında da meydana çıxmayacaq. Səbəb onun hələ də müalicə olunmasıdır. Sumqayıtlılar Emin Quliyevin də xidmətindən istifadə edə bilməyəcəklər. Bu futbolçu isə “Xəzər-Lənkəran”dan transfer vərəqini ala bilmir.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın