"Yarımcan “Fənər”in Trabzon səfəri

"Yarımcan “Fənər”in Trabzon səfəri
ETOPAZ 14 Sentyabr 2014 / 16:03 6151
-  A +

www.etopaz.az saytının həftənin son günündə müştərilərinə təklif etdiyi 200-ə yaxın qarşılaşma mərc həvəskarlarına pul qazanmaq geniş imkanlar yaradır. Seçim çoxdursa, qazanmaq şansı da çoxdur. Bu günkü matçlardan 4-nə isə www.etopaz.az saytı üzvləri "tək oyun" olaraq mərc edə bilər. Bu görüşlərdən ikisi xüsusi maraq doğurur. İlk olaraq Türkiyə superliqasının saat 22-də başlanacaq "Trabzonspor"-"Fənərbaxça" matçını qeyd etməliyik. Tərəflərin bu dueli də əvvəlkilər kimi gərgin, intriqa dolu bir mübarizə vəd edir.

Ötən mövsüm Trabzondakı qarşılaşma yaşanan gərginlik üzündən yarımçıq qaldığından sonda meydan sahiblərinə texniki məğlubiyyət verilmişdi. İndi çılğın qaradənizlilər "Fənər"in "Avni Aker" stadionuna növbəti gəlişini səbrsizliklə gözləyir. Hərçənd son illər trabzonlular öz meydanında bir qayda olaraq "Fənərbaxça"ya uduzur. Amma azarkeşlər yeni baş məşqçi Vahid Halilhociçin başçılığı altında bu uğursuz seriyaya son qoyulacağına inanır. "Fənərbaxça" Trabzona belə demək olarsa, yarımcan vəziyyətdə gəlib. Heyətdə ciddi itkilər var: qapıçı Volkan cəzalı, Egemen və Raul Meyreleş zədəlidir. Caner Erkin isə Trabzona aparılsa da, zədəsi tam sağalmadığından oynayacağı sual altındadır. Meydan sahiblərindən isə Bosinqva və Kardozonun oynayıb-oynamayacağı matç saatında bilinəcək.

"Tranzonspor"un baş məşqçisi Halilhociç oyunqabağı açıqlamalarında ilk olaraq müdafiəyə diqqət yetərəcəklərini söyləyib. Məşçinin öz oyunçularına rəqibin heyətində Emenike və Dieqonu xüsusi nəzarətdə saxlamağı tapşırdığı da bildirilir. "Fənər" 1-ci turdakı qələbənin ardını Trabzonda davam etdirmək, "Qara dəniz fırtınası" isə superliqada bu mövsüm ilk zəfəri qazanmaq üçün bütün gücünü ortaya qoyacaq. Həyəcan dolu bu derbyəi www.etopaz.az saytında həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Trabzonspor"un qələbəsi 2.6, heç-heçə 3.2, "Fənərbaxça"nın qələbəsi 2.2. Canlı mərc zamanı əmsallar oyunun gedişinə uyğun olaraq tez-tez dəyişəcək.

Gecənin digər maraqlı "təkli oyun"u İtaliya A seriyasının saat 23:45-də başlanacaq "Parma"-"Milan" görüşüdür. "Parma" yeni mövsümə "Çezena"ya məğlubiyyət, "Milan" isə "Udineze" üzərində 3:1 hesablı qələbəylə başlayıb. Milanlıların son 2 mövsümdə "Parma"nın meydanında qələbə qazanmaması da maraqlı faktdır. www.etopaz.az saytında bu "təkli oyun"un əmsalları belədir: "Parma"nın qələbəsi 2.7, heç-heçə 3.0, "Milan"ın qələbəsi 2.25.

Təklif bizdən, dəyərləndirmək sizdən. Oynayın və qazanın. Bol şanslar!!!


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq