İtaliyalı məşqçi azərbaycanlı qapıçılardan razı qalıb

İtaliyalı məşqçi azərbaycanlı qapıçılardan razı qalıb
XƏBƏR 17 Sentyabr 2009 / 13:35 1761
-  A +

AFFA-nın Futbol akademiyasının süni örtüklü meydançasında italiyalı mütəxəssis Canluka Ancaluci tərəfindən seminar keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, seminarda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Ramiz Əhmədovun rəhbərliyi ilə Futbol akademiyasında hazırlıq keçən qrupa daxil olan uşaqlar iştirak edib. C.Ancaluci seminar müddətində müxtəlif təmrinlərin icrası ilə bağlı tapşırıqlar verib və onların yerinə yetirilmə səviyyəsindən razı qaldığını bildirib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı