"Jerlan"da "nüfuz yarışı"

"Jerlan"da "nüfuz yarışı"
ETOPAZ 12 Sentyabr 2014 / 13:20 3007
-  A +

"Lion" və "Monako" həmişəki kimi bu dəfə də mövsümün əvvəlində Fransa Liqasının favoritlərindən sayılırdı.Amma hər iki komanda mövsümə uğursuz başlayıb. Çempionatın açılış matçında "Renn"ə qalib gələn "Lion"un gördüyü elə bu 3 xal oldu.

Ondan sonra komanda ardıcıl 3 turdur uduzur. Üstəlik, lionlular Avroliqada da mübarizəni dayandırıb. "Monako"nun da vəziyyəti fərqli deyil. 4 turda cəmi 4 xal toplayan "knyazlıq klubu" "Lion"dan 2 pillə öndə - 15-ci yerdə qərarlaşıb. Görünən budur ki, Falkao, Ceyms Rodriges, Romero, Abidal və Rivyer kimi futbolçuların gedişi "Monako"nun xeyli zəiflədib. Fransanın bu iki futbol "nəhəngi" bu axşam start götürəcək 5-ci turun açılış matçında üz-üzə gələcək.

"Monako" 2010-cu ildən bu yana uduzmadığı Lionun "Jerlan" arenasına növbəti səfərini edəcək. "Lion"un heyətində komandanın lideri Yohann Qurkuff zədə səbəbindən meydana çıxmayacaq. Digər futbolçularla bağlı isə problem yoxdur. Matç hər iki komanda üçün "nüfuz savaşı" sayıla bilər. Mövsümə fiasko sayıla biləcək startdan sonra azarkeşlər önündə bəraət almaq üçün prinsipial rəqiblərdən birinə qalib gəlməyin ikiqat dəyəri var. Həm "Lion", həm də "Monako" bunu yaxşı başa düşür. Ötən mövsüm hər iki oyunda "Lion"a qalib gələn (3:2 və 2:1) monakolular bu uğuru təkrarlamağa çalışacaq.

"Lion" isə həm revanş, həm də "bataqlıq"dan çıxmaq üçün qələbəyə oynayacaq. Fransa liqasının klassik derbilərindən sayılan qarşılaşmaya www.etopaz.az saytında "tək oyun" olaraq mərc edə bilərsiniz. www.etopaz.az saytının təklif etdiyi əmsallar belədir: "Lion"un qələbəsi 2.3, heç-heçə 3.1, "Monako"nun qələbəsi 2.5. www.etopaz.az saytının bu axşam öz müştərilərinə təklif etdiyi daha bir "təkli oyun" isə İspaniya La Liqasının "Almeriya" - "Kordoba" görüşüdür. 3-cü turun açılış matçı Bakı vaxtıyla gecə saat 12-də başlayacaq.

Hər iki komandanın aktivində 2 oyundan 1 xal var. Görək, bu tur tərəflərdən biri mövsümün ilk qələbəsini qazana biləcəkmi? O da maraqlıdır ki, bu komandalar arasında son 4 ildəki duellərin heç birində qonaq komanda qələbə qazana bilmir. www.etopaz.az saytında qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiniz: "Almeriya"nın qələbəsi 1.7, heç-heçə 3.3, "Kordoba"nın qələbəsi 3.8.

Bol şanslar, oynayın və qazanın!!!

Son xəbərlər