“Panatinaikos”la oyun öncəsi “Qalatasaray”da ciddi itki

“Panatinaikos”la oyun öncəsi “Qalatasaray”da ciddi itki
XƏBƏR 16 Sentyabr 2009 / 15:49 1910
-  A +

Sabah Avropa Liqasının ilk qrup oyunu çərçivəsində “Panatinaikos”la qarşılaşacaq “Qalatasaray” oyun öncəsi ciddi itki ilə üzləşib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Gökan Zanın ardından komandanın müdafiə xəttinin dirəyi sayılan Sərvət Çətin də zədələnərək sıradan çıxıb. Bu səbəbdən də, komandanın baş məşqçisi Frank Raykard sabahkı qarşılaşma öncəsi Sərvətin adını heyətdən çıxarıb. Türkiyəli həmkarlarımızın ehtimalına inansaq, yunanlarla qarşılaşmada Əmrə Aşıkın yanında Əmrə Güngör yer alacaq.

 


Son xəbərlər