“Turan”-“Qarabağ” matçı öncəsi Tovuzda böyük ajiotaj

“Turan”-“Qarabağ” matçı öncəsi Tovuzda  böyük ajiotaj
XƏBƏR 16 Sentyabr 2009 / 13:25 2616
-  A +

Bu gün keçiriləcək Premyer Liqanın birinci turundan təxirə salınmış “Turan”-“Qarabağ” qarşılaşmasına Tovuzda böyük maraq var. Qol.Az-ın məlumatına görə, yerli futbolsevərlər komandalarının cari mövsümdəki ilk ev oyununa xüsusi hazırlaşıblar. Hər kəs səbirsizliklə qarşılaşmanın başlayacağı saatı gözləyir. Yerli futbolsevərlər qarşılaşmadan bir gün öncə də komandalarının düşərgəsinə baş çəkərək onların məşqini yaxından izləyiblər. Bir sözlə, “Turan”-“Qarabağ” qarşılaşması öncəsi Tovuzda böyük ajiotaj yaşanır. Bu mənada matç saatında tribunaların tam dolu olacağını proqnozlaşdırmaq olar. Qarşılaşmada “Qarabağ”ı dəstəkləmək üçün də, Tovuz və ətraf rayonlarda məskunlaşan məcburi köçkünlərin arenaya gələcəyi gözlənir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı