Almaniya mətbuatından növbəti iddia: Azərbaycan - Rusiya oyunundan sonra Foqts “Zenit”in baş məşqçisi ola bilər

Almaniya mətbuatından növbəti iddia: Azərbaycan - Rusiya oyunundan sonra Foqts “Zenit”in baş məşqçisi ola bilər
ÖLKƏ FUTBOLU 16 Sentyabr 2009 / 12:50 2113
-  A +

Almaniya mətbuatı Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Rusiyanın «Zenit» klubunu çalışdıracağı ilə bağlı söhbəti yenidən gündəmə gətirib. Qol.Az-ın məlumatına görə, almaniyalı həmkarlarımız  oktyabrın 14-də Bakıda baş tutacaq dünya çempionatının Azərbaycan - Rusiya seçmə qrup matçının millimizin baş məşqçisi vəzifəsində Berti Foqts üçün sonuncu ola biləcəyini yazıb. "Hətta tərəflər Azərbaycan - Rusiya qarşılaşmasından sonra müqavilənin şərtlərini birlikdə müzakirə edəcəklər və böyük ehtimalla almaniyalı Bakıdan birbaşa Sankt-Peterburqa yollanaraq ruslarla rəsmi müqaviləyə imza atacaq"- deyə qəzət yazıb. Maraqlıdır ki, Rusiya tərəfi hələ ki, bu məsələ ilə bağlı heç bir şərh verməyib. “Zenit” rəhbərliyi məsələni nə təsdiq, nə də təkzib edib. Amma deyilənə görə, kllubun prezidenti Aleksandr Dyukov növbəti mövsümdən etibarən komandasını əcnəbi mütəxəssisin çalışdıracağına dair açıqlama verib. Lakin ad açıqlamayıb.

Rusiya klubu hazırda yerli mütəxəssis olan Anatoli Davıdovun rəhbərliyi altında Rusiya Premyer Liqasındakı çıxışlarını davam etdirir və komanda hazırda 34 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Klub artıq çempionluq şansını itirib. Qeyd edək ki, Almaniya mətbuatı bir müddət  öncə, yəni hollandiyalı Dik Advokatın istefasından dərhal sonra da Foqtsun “Zenit”ə keçəcəyinə dair  informasiyalar yaymışdı.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı