Elvin Məmmədov: "Tovuzda oynamaq çox xoşdur"

Elvin Məmmədov: "Tovuzda oynamaq çox xoşdur"
XƏBƏR 15 Sentyabr 2009 / 21:26 2165
-  A +

"Tovuzda oyuna çıxmaq çox xoşdur. Mən futbolçu kimi "Turan" da yetişmişəm və bu komanda mənə əzizdir. Ümumiyyətlə, Tovuz həmişə Azərbaycan futboluna istedadlı gənclər bəxş edib və bu proses indi də davam edir. "Turan" son turda "Xəzər Lənkəran"la səfərdə heç-heçə oynamaqla gücünü bir daha ortaya qoydu". Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində birinci turdan təxirə salınmış oyun çərçivəsində Tovuzda yerli “Turan”ın qonağı olacaq Ağdamın “Qarabağ” klubunun tovuzlu yarımmüdafiəçisi Elvin Məmmədov deyib. Bununla belə futbolçu komandasının meydançaya qələbə üçün çıxacağını bildirib: “Mövsümə qələbə ilə başlamışıq və bunun davamını gətirmək istəyirik. Bunun üçün də Tovuzdan qələbə ilə dönmək niyyətindəyik. Bilirik ki, rəqib də eyni məqsədlə meydana çıxacaq. Odur ki, qarşılaşma bizim üçün çox çətin keçəcək. İnanıram ki, 3 xalı qazanan tərəf biz olacağıq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın