"Xəzər-Lənkəran"ın futbolçusu: "Çempionluq yolunda əsas rəqibimiz "Qarabağ"dır"

XƏBƏR 15 Sentyabr 2009 / 20:18 1894
-  A +

"Məqsədimiz bəllidir - yenidən çempion olmaq. Bu yolda əsas rəqibimiz "Qarabağ"dır. Ağdam klubu avrokuboklarda həqiqətən də çox gözəl çıxış etdi". Qol.Az-a verdiyi müsahibədə bu sözləri "Xəzər-Lənkəran"ın braziliyalı futbolçusu Mario Souza deyib. Braziliyalı yarımmüdafiəçi əsas rəqib qismində "Qarabağ"ı görsə də, digər favoritlərin də adını çəkib: "Digər favoritlər arasında "Neftçi"nin adını çəkməmək qeyri-mümkündür. Bu komandayla bizim oyunlarımız hər zaman prinsipial şəraitdə keçib. Eyni zamanda "İnter" və sabah qarşılaşacağımız "Bakı" da qızıl medallar uğrunda bizə maneə ola bilərlər".


Son xəbərlər