Nizami Sadıqov: "Qarabağ"la oyuna yalnız qələbə üçün çıxacağıq"

Nizami Sadıqov: "Qarabağ"la oyuna yalnız qələbə üçün çıxacağıq"
XƏBƏR 15 Sentyabr 2009 / 19:20 1992
-  A +

"Öz potensialımızdan maksimum istifadə edib, yaxşı nəticə qazanmağa səy göstərəcəyik. Oyuna yalnız qələbə üçün çıxacağıq. Çünki qarşılaşmadan uğurlu nəticə ilə ayrılmaq bizim üçün çox vacibdir. Öz meydanımızda oynamaq isə bizə əlavə üstünlük verəcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri sabah birinci turdan təxirə salınmış oyun çərçivəsində Tovuzda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək “Turan”ın baş məşqçisi Nizami Sadıqov deyib. Sadıqov ötən mövsüm məşqçisi işlədiyi sabiq klubu haqqında da danışıb: “Rəqib haqqında nə deyə bilərəm? "Qarabağ" yaxşı, komplektləşmiş və ən əsası özünü təsdiq etmiş bir klubdur. Avropa liqasındakı uğurlu çıxışı ilə bunu bir daha sübut etdi".


Son xəbərlər