AFFA rəsmisi "Milan"ın nümayəndəsilə görüşdü

AFFA rəsmisi "Milan"ın nümayəndəsilə görüşdü
XƏBƏR 15 Sentyabr 2009 / 17:50 1685
-  A +

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və texniki direktor Bernhard Lippert «Şəfa» stadionunda «İnter» PİK-in dəvəti ilə Bakıda olan İtaliyanın «Milan» klubunun nümayəndələri ilə görüşüb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı sabah – sentyabrın 16-da saat 18:00-da AFFA-nın Futbol akademiyasında italiyalı mütəxəssis Canluka Ancaluci tərəfindən qapıçılar üzrə məşqçilər üçün seminar keçirilməsi qərara alınıb. Seminar zamanı yerinə yetirilməsi nəzərdə tutulan tapşırıqlar hazırda AFFA-nın Futbol akademiyasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Ramiz Əhmədovun rəhbərliyi ilə hazırlıq keçən qrupa daxil olan uşaqlar tərəfindən nümayiş etdiriləcək.
Klublarda çalışan qapıçılar üzrə məşqçilərin seminarda iştirak etməsi xahiş olunur.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki