«Qarabağ»da növbəti itki

XƏBƏR 15 Sentyabr 2009 / 17:07 2009
-  A +

Sabah Tovuzda «Turan»la qarşılaşacaq Ağdamın «Qarabağ» klubu bu gün Quzanlıdan qərb bölgəsinə yollanıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda oyun gününə qədər Qazax İdman kompleksində məskunlaşacaq. Bu gün bir hazırlıq keçməyi planlaşdıran «Qarabağ» sabah Tovuza yola düşəcək.
«Qarabağ»da zədəli Rəşad Sadıqovun «Turan»a qarşı da oynamayacağı dəqiqləşib. Vüqar Nadirovun isə səhhətində problem yaranıb. Forvardın durumuna oyun günü aydınlıq gələcək.


 


Son xəbərlər