Rail Məlikov: “Muğan”la oyunda meydanda olmağı çox istərdim”

XƏBƏR 15 Sentyabr 2009 / 16:57 1746
-  A +

“Futbol üçün darıxmışam, neçə həftədir ki, oynamıram”. Qol.Az-ın məlumatına görə, bu sözləri zədəli olduğuna görə “Neftçi”nin və milli komandamızın son oyunlarını kənardan izləmək məcburiyyətində qalan Rail Məlikov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Təcrübəli futbolçu “Muğan”la oyunda meydana çıxa bilmədiyinə görə təəssüflənir: “Muğan”la oyunda çox istərdim ki, meydanda olum. Amma təəssüf ki, zədəm hələ buna imkan vermir. İnşallah, sentyabrın 19-da “Standard”la keçiriləcək oyuna tam hazır olmağa çalışacam”. 


Son xəbərlər