Cəmşid Məhərrəmov: “Bu məğlubiyyət hələ də mənim üçün qaranlıq qalır”

XƏBƏR 15 Sentyabr 2009 / 16:07 1782
-  A +

“Simurq”a uduzmağımız hələ də mənim üçün qaranlıq qalır. Halbuki mövsümə qələbəylə başlamağı çox istəyirdik. Bu halda “Bazel” məğlubiyyətini də unutmuş olacaqdıq. Lakin təəssüf ki, istəyimizə nail ola bilmədik”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Bakı”nın üzvü Cəmşid Məhərrəmov “Simurq”la oyun haqda danışarkən deyib. Təcrübəli futbolçu sabah “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri matç haqda da fikirlərini bölüşüb: “Şübhəsiz, “Xəzər Lənkəran”la oyunumuz da çox çətin keçəcək. Rəqibimiz də son turda xal itirib. Bununla belə səfərdən qələbəylə qayıdacağımıza inanıram. Nəhayət, bu oyunda uğursuzluğa son qoymalıyıq. İnanıram ki, “Xəzər Lənkəran”la oyun bizim üçün dönüş nöqtəsi olacaq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın