AFFA klubları cəzaya məruz qoydu

AFFA klubları cəzaya məruz qoydu
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2009 / 13:45 2066
-  A +

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IV turunun bir neçə oyununda yaşanan olaylarla bağlı qərar qəbul edib. Qol.Az-ın AFFA-nın rəsmi saytına  istinadən verdiyi məlumatına görə, “Karvan” - “Qəbələ” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub. Oyun başa çatdıqdan sonra AFFA nümayəndəsinin icazəsi olmadan hakimlər otağına kənar şəxs daxil olduğu üçün meydan sahibi - “Karvan” beş min manat cərimə olunub.
 “Xəzər-Lənkəran” - “Turan” matçının 45+2-ci dəqiqəsində “Turan” klubunun futbolçusu Valeriu Onila rəqibini əli ilə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub. Oyunun 50-ci dəqiqəsində “Turan” klubunun rəsmisi Eldəniz Hüseynov hakimlərə mane olduğuna görə texniki zonadan uzaqlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub. Matçın 90+3-cü dəqiqəsində meydana kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibi - “Xəzər-Lənkəran” klubu iki min manat cərimə olunub. Oyun başa çatdıqdan sonra AFFA nümayəndəsinin icazəsi olmadan hakimlərin otağına “Xəzər-Lənkəran” klubunun rəhbəri daxil olduğu üçün klub iki min manat cərimə olunub.
 “Bakı” - “Simurq” matçı başa çatdıqdan sonra “Bakı” klubunun futbolçusu Silvinyo Joao De Karvalyo idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə iki yüz manat cərimə olunub. Oyundan sonra “Simurq” klubunun futbolçusu Teymuraz Qonqadze rəqibini əli ilə vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub.
 “Neftçi” - “Muğan” matçının I hissəsinin sonunda və oyun başa çatdıqdan sonra meydana kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibi - “Neftçi” klubu iki min manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” - “Standard” matçında “Standard” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.
 “İnter” - “Olimpik-Şüvəlan” matçında “Olimpik-Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın