İtaliyalı futbol mütəxəssisləri Bakıda seminar keçirdilər

XƏBƏR 15 Sentyabr 2009 / 13:34 1870
-  A +

Respublika Lüks Hotelinin konfrans zalında "Futbol klublarının idarə olunmasının müasir metodikaları" mövzusunda seminar keçirilib. Qol.Az-ın məlumatına görə, Bakının "İnter" və İtaliyanın "Milan" klubu arasında imzalanmış əməkdaşlıq çərçivəsində keçirilən seminarda italiyalı mütəxəssislər Mikele Uva və Stefano D' Ottavio mühazirə oxuyublar.

İtaliyanın “Parma” FK-nın baş direktoru (1996-2001) və “Latsio” FK-nın vitse-prezidenti (2001-2002) vəzifələrində çalışmış M.Uva futbolun iqtisadi və sosial əhəmiyyətindən danışaraq vurğulayıb ki, Avropa ölkələrində stadionlara il ərzində təqribən 100 milyon azarkeş gəlir. Futbol sektoruna böyük kapital yatırıldığını qeyd edən M.Uva əlavə edib ki, idman klublarının sabit inkişafında strateji missiyanın və hədəflərin müəyyənləşdirilməsi də vacibdir. Onun sözlərinə görə, bir çox sahələrdə olduğu kimi, futbol sektorunda da dəyişikliklər baş verir və idman klubları sürətlə dəyişən reallıqlara adekvat reaksiya vermək üçün innovasiyalara xüsusi diqqət ayırmalıdır. Bunun üçün hərtərəfli təhllillərin aparılması və klubun missiya və hədəflərinə uyğun olan müəyyən addımların atılması zəruridir.

Elm və İdman Texnikaları ixtisası üzrə mütəxəssis Stefano D' Ottavio futbol klublarında futbolçuların fiziki hazırlıqlarını daim diqqət mərkəzində saxlanılmasını mühüm vəzifə adlandırdı və fiziki hazırlıq prosesində müasir elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə edilməsinin zəruri olduğunu vurğulayıb.

Mühazirədən sonra italiyalı mütəxəsislər seminar iştirakçılrının suallarını cavablandırıblar.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın