Jaba “Xəzər-Lənkəran”la oyunu buraxacağına görə təəssüflənir

Jaba “Xəzər-Lənkəran”la oyunu buraxacağına görə təəssüflənir
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2009 / 11:00 2230
-  A +

“Qırmızı vərəqə aldığım epizodda mübahisə yaranmasını istəmirdim. Mən sadəcə olaraq, Feliksi sakitləşdirmək üçün araya girmişdim”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nın futbolçusu Jaba deyib. Braziliyalı futbolçu sabah səfərdə “Xəzər-Lənkəran”a qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcəyinə görə çox təəssüflənir: “Lakin sonradan “Simurq”un futbolçusuyla mübahisə etdim. Təbii ki, bütün bunlar məğlubiyyətdən irəli gələn psixoloji gərginliyin nəticəsidir. “Qırmızı vərəqə”ylə cəzalandığım üçün çox təəssüflənirəm. Bu səbəbdən “Xəzər-Lənkəran”la oyunu buraxmaq məcubiyyətindəyəm. Halbuki çətin anda komandamın yanında olmaq istərdim”. 

Daha çox


Son xəbərlər