“Muğan”ın baş məşqçisi qətiyyən narahat olmasın. Dünən özüm “Neftçi” - “Muğan” oyununda olmuşam və qarşılaşmanı sona qədər izləmişəm. Hazırda AFFA-da Bernhard Lippertin rəhbərliyi altında 13 seleksiyaçı məşqçi çalışır və onlar hər turda müxtəllif oyunlara təyinatlar alırlar. Bundan çox adamın xəbəri yoxdur. Məgər biz hər oyuna gələndə özümüzü kiməsə göstərməliyik?” Bu sözləri Qol.Az-a açıqlamasında premyer liqanın lideri “Muğan”ın baş məşqçisi Kamal Alispahiçin “bizim oyunlarımızı millinin məşqçilərindən bir nəfər də olsun gəlib izləmir” açıqlamasına cavab olaraq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun I köməkçisi Vaqif Sadıqov deyib. Qol.Az-ın müxbirilə söhbətində V.Sadıqov “Muğan”ın baş məşqçisinin milliyə namizəd göstərdiyi 3 futbolçu haqqında da danışıb: “Novruz Məmmədov U-19-un üzvüdür və bir dəfə millinin düşərgəsinə də dəvət olub. O, diqqətimizdədir. Ruslan Qafitulini hələ müxtəlif yaş qrupundan olan milli komandalarda oynadığı vaxtlardan tanıyıram. Arif İsayev isə mənim kəşf etdiyim futbolçulardan biridir və Sumqayıtda futbol oynadığı dövrdə onun yetişməsində mənim də əməyim olub. Düşünürəm ki, bir müddət sonra onu da əsas millidə sınamaq olar. Çünki Arifin böyük potensialı var. Ümumiyyətlə, “Muğan”da forma geyinən Vüsal Hüseynov, Elnur Abdullayev kimi futbolçular var ki, onları da çox yaxşı tanıyıram və bu futbolçuların da yavaş-yavaş yaxşı formaya düşmələri sevindirici haldır. Sonda bir daha demək istəyirəm ki, millinin məşqçiləri bütün oyunlarda iştirak edir və hamının oyununu da çox yaxşı izləyirlər. Vacib deyil ki, onlar gedib kiməsə stadionda olduqlarını bildirsinlər. Həmin məşqçilər azarkeşlərin arasında da yer tuta bilərlər, tamam başqa bir yerdə də. Bir sözlə, bütün futbolçular bizim nəzarətimiz altındadır”.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı