200-cü qolun müəllifi

XƏBƏR 14 Sentyabr 2009 / 11:34 1853
-  A +

"Simurq"un ölkə çempionu "Bakı" üzərindəki qələbəsinin (2:1)memarlarından biri, oyunda ilk qolun, "Simurq"un tarixində isə 200-cü topun müəllifi Elşən Məmmədov premyer-liqanın ilk iki turunda da qələbəyə layiq olduqlarını söyləyib: "Bu oyunlarda təsadüfən xal itirdiyimizi də "Bakı" ilə qarşılaşmada sübuta yetirdik. Ciddi hazırlaşmışdıq, əzm göstərdik. Qələbələrin davamı da gələcək. 200-cü qola gəlincə, bilirsiniz, futbolçu üçün hər şeydən öndə komandanın uğuru durur. Əsas qələbə olsun, yubiley qolunu kimin vurmasının elə bir ciddi önəmi yoxdur. Amma desəm ki, sevinmirəm, doğru çıxmaz. Bu klubun tarixinə bu cür düşmək çox xoşdur" - deyə E.Məmmədov "Simurq"un rəsmi saytına bildirib .

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı