Qurban Qurbanov: “Startda qələbə qazanmağı çox istəyirdik”

Qurban Qurbanov: “Startda qələbə qazanmağı çox istəyirdik”
XƏBƏR 13 Sentyabr 2009 / 19:41 1792
-  A +

“Bu gün Premyer Liqanın yeni mövsümündə ilk oyunumuzu keçirdik. Startda qələbə qazanmağı çox istəyirdik. İstəyimizə çatdığımıza görə şadam. Çalışacağıq ki, növbəti oyunlarda da uğurlu çıxış edək”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Standard”la oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis rəqib komanda haqda da fikirlərini bildirib: “Standard” zəif rəqib deyil. Bu gün qələbə bizə heç də asan başa gəlmədi. Rəqibin heyətində yaxşı futbolçular var. Sadəcə olaraq, bir qədər zamana ehtiyac duyurlar”.   


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi