Mahmud Qurbanov azarkeşləri “İnter”ə dəstək olmağa çağırır

Mahmud Qurbanov azarkeşləri “İnter”ə dəstək olmağa çağırır
MÜSAHİBƏ 22 Dekabr 2008 / 13:11 4850
-  A +

“İnter”in yarımmüdafiəçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi

- Mahmud, hansı komandalardan dəvət almısan?
- Hələ real bir şey yoxdur. Buna görə də ad çəkmək istəmirəm. İnşallah yanvar ayına kimi hansı komandada oynayacağıma aydınlıq gələcək.
- Əgər hansısa klubla anlaşa bilməsən nə edəcəksən?
- Bu barədə heç düşünməmişəm. Amma inanmıram ki, Mahmud Qurbanova klub tapılmasın. Buna əmin ola bilərsiniz ki, mənimlə səviyyəli komandalar da maraqlanır. Təbii adlarını demək düzgün deyil.
- Şər deməsən, xeyir gəlməz. Özünə klub tapmasan, futbol karyerana son qoyacaqsan?
- Mənim futbol oynayacaq gücüm var, hələ qocalmamışam. İndiki gənclərdən daha gümraham. Fiziki hazırlığımdan tutmuş, taktiki hərəkətlərə kimi hər kəsi üstələyərəm. Yaxşi, əgər mənim enerjim varsa, niyə oynamayım? Məşqçi işləməyə hələ qarşıda çox vaxt var. Hazırda məncə futbol barədə düşünmük lazımdır.
- “İnter”də qalmaq fikrin var?
- Bu suala cavab vermək istəmirəm.
- “İnter” “Birlik Kuboku”nu Azərbaycana gətirə biləcək?
-  Fikrimcə, bəli. Çünki rəqiblərə baxanda “İnter”in səviyyəsi daha yüksəkdir. Düzdür, Finladiya “İnter”i də çox güclü komandadır. Amma düşünürəm ki, təmsilçimiz onu üstələyə biləcək. Onun buna çatacaq gücü var
- “İnter” barədə nikbin düşünməyinizin səbəbini öyrənmək olar?
- Hər halda “İnter” Rusiyada Azərbaycanı təmsil edəcək. Hamımız bir nəfər kimi onlara dəstək olmalıyıq. Bu baxımdan onlar barədə yaxşı danışıram. Bir də bakılıların gücünə bələdəm. İnanıram ki, onlar istəsələr, “Birlik ruboku”nu Bakıya gətirə bilərlər.

Daha çox


Son xəbərlər