Roman Pokora: “Bakı” uduzmağı bacarmır”

XƏBƏR 12 Sentyabr 2009 / 20:13 1917
-  A +

“Əvvəldən bilirdim ki, oyun çox çətin keçəcək. Bizim cari mövsümdə qələbəmiz yox idi. “Bakı” isə avrokuboklardakı çıxışdan sonra mövsümə qələbəylə başlamaq istəyirdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”yla oyunsonrası mətbuat konfransında “Simurq”un baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssis rəqibə qarşı da ciddi ittihamlar irəli sürüb: “Qələbə qazanmağımıza görə sevinirəm. Uşaqlara təşəkkür edirəm. Dördüncü hakimə qarşı da narazılığım var. Çünki ilk növbədə Feliks bizim oyunuçumuza qarşı kobud oynamışdı. İnanıram ki, heç kimin bizim qələbəmizdə şübhəsi yoxdur. Amma “Bakı” uduzmağı bacarmır. Bunu da bacarmaq lazımdır. “Bakı” onsuz da son zamanlar tez-tez uduzur. Klubun rəhbərliyinə böyük hörmətim var. Futbolçulara irad bildirməlidirlər. Biz də “Qəbələ”yə uduzduq. Amma bu cür etmədik”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki