“Bu oyun bizim üçün dəhşət idi”

XƏBƏR 12 Sentyabr 2009 / 19:32 1935
-  A +

“Bugünkü oyunda çox pis oynadıq. Uşaqlar kobud səhvlərə yol verdilər”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Karvan”la oyunsonrası mətbuat konfransında “Qəvələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. Gənc məşqçi artıq bu oyunu unutmağa çalışacaqlarını söyləyib: “Xüsusən də qapıçımız kobud səhvlərə yol verdi. İkinci qolu meydanın yarısından buraxdı. Bu cür qolu necə buraxmaq olar, başa düşə bilmirəm. Bir sözlə, bugünkü oyun bizim üçün dəhşət idi. Amma bu oyunu artıq unutmalıyıq. Çalışacağıq qarşıdakı oyunlarda qələbə qazanaq”.


Son xəbərlər