1202 günlük futbol həsrətinə son (FOTOSESSİYA)

XƏBƏR 12 Sentyabr 2009 / 15:07 2170
-  A +

Bu gün birinci divizionda ikinci turun oyunları çərçivəsində keçiriləcək “Gəncə” - “Göyəzən” matçı ilə “Nizami yurdu”nda 1202 günlük futbol həsrətinə son qoyulacaq. Qol.Az-ın məlumatına görə, böyük futbolun şəhərə qayıtması münasibəti ilə bu gün Gəncədə bır sıra tədbirlər keçirilir. Azarkeşləri oyuna cəlb etmək məqsədi ilə şəhərin bir çox yerlərində afişalar vurulub, yerli telekanallarda elanlar, anonslar verilib. Səhər saatlarından etbarən isə klubun avtobusunda atributlarla “silahlanan” fanklub üzvləri Gəncəni qarış-qarış gəzməyə başlayaraq, gücləndirici səs aparatı ilə şəhər əhalisini matça baxmağa dəvət edir. Oyun saat 17:00-da başlansa da, stadiondakı tədbirlərə saat 15:15 start veriləcək. “Futbol bayramı” adlı tədbir iki - rəsmi və bədii hissədən ibarət olacaq. Bədii hissədə incəsənət ustalarının çıxışı nəzərdə tutulub.

 


 
















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi