“Bakı” “Simurq”la oyunöncəsi daha 4 futbolçusunu itirdi

XƏBƏR 12 Sentyabr 2009 / 11:35 1818
-  A +

Bu gün Premyer Liqanın dördüncü turu çərçivəsində “Simurq”la qarşılaşacaq “Bakı”nın heyətində oyunqabağı ciddi itkilər var. Qol.Az-ın məlumatına görə, Rafael Barbosanın ardından Mahmud Qurbanov və Vadim Borets də Zaqatala klubuna qarşı oynamayacaq. Hər iki futbolçu zədəli olduqlarından, komandanın dünən keçirilən oyunqabağı son məşqində iştirak etməyiblər. Eyni zamanda Rafael Əmirbəyovla Georgi Adamiyanın da “Simurq”a qarşı oynamayacağı dəqiqləşib. Hər iki futbolçu qripə yoluxub.


Son xəbərlər