“Bakı” oyunqabağı son məşqini keçdi

XƏBƏR 12 Sentyabr 2009 / 11:20 1751
-  A +

Dünən “Bakı” Tofiq Bəhramov adına Respublika stadionunda “Simurq”la oyunöncəsi son məşqə çıxıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Coko Haciyevskinin futbolçularının çox yotmadığı hazırlıq prosesi təxminən 1 saat 10 dəqiqə davam edib. Məşqdə zədəli olan Rafael Barbosayla Mahmud Qurbanov iştirak etməyiblər. Qripə yoluxan Georgi Adamiya isə fiziki hazırlıq üzrə Çuudomir Çakarovla birgə məşq prosesində meydan boyu qaçıb. Məşqin sonunda isə baş məşqçi Coko Haciyevski elan edib ki, bu gün Fernando Peresin ad günüdür. Buna görə də futbolçular bir-bir yaxınlaşaraq, argentinalını təbrik ediblər.
Məşqdən dərhal sonra “Bakı” oyunqabağı təlim-məşq toplanışına yığışıb. Komanda üzvləri “Musado” oteldə məskunlaşıb. 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı