"İnşallah, “Standard”ı məğlub edib mövsümə qələbə ilə başlayarıq”

"İnşallah, “Standard”ı məğlub edib mövsümə qələbə ilə başlayarıq”
XƏBƏR 11 Sentyabr 2009 / 20:40 1864
-  A +

“Standard”la oyun cari mövsümdəki ilk qarşılaşmamızdır. Çətin olacaq. Amma qələbə qazanmalıyıq. Çünki oyunqabağı Ağdamda böyük ajiotaj var. Quzanlıda hamı səbirsizliklə bu oyunu gözləyir. Allah eləməsin ki, məğlub olub onların əhvalını korlayaq”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədov deyib. O, mövsümə qələbə ilə start verəcəklərinə inandığını söyləyib: “Oyuna çox yaxşı hazırlaşmışıq. Düşərgədə əhval-ruhiyyə də yaxşıdır. İnşallah, “Standard”ı məğlub edib mövsümə qələbə ilə başlayarıq”.


Son xəbərlər