Milli komanda Rahid Əmirquliyevə düşərli olmadı

Milli komanda Rahid Əmirquliyevə düşərli olmadı
XƏBƏR 11 Sentyabr 2009 / 19:35 1766
-  A +

Milli komandamızın futbolçusu Rahid Əmirquliyev “Turan”a qarşı sabah keçiriləcək oyunda meydana əsas heyətdə çıxmayacaq. Qol.Az-ın məlumatına görə, bu barədə “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov klubun rəsmi saytına bildirib. Məlumatda məlumatda deyilir ki, futbolçu hazırlıq dönəminin əsas hissəsini milli komandanın düşərgəsində keçirsə də, nadir hallarda oyun praktikası qazanıb. “Rahid son zamanlar ölkənin əsas milli komandasına da, gənclərdən ibarət milli komandaya da dəvət alır. Maraqlıdır ki, gənc yarımmüdafiəçi son üç ayda daha çox milli komandaların düşərgəsində olub, nəinki klubunun. Özü də komandamızın digər milli futbolçusu Kamran Ağayevdən fərqli Rahid heyətdə yer ala bilmədiyindən oyun praktikası baxımından ciddi problemlə üzləşib. Məhz bu səbəbdən “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov sabahkı oyundan Rahidi meydana start heyətində buraxmağı planlaşdırmır” – deyə “XL”in rəsmi saytındakı məlumatda bildirilir.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı