“Bakı” “Simurq” önünə itkilərlə çıxacaq

“Bakı” “Simurq” önünə itkilərlə çıxacaq
XƏBƏR 11 Sentyabr 2009 / 19:01 1704
-  A +

Sabah Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində Zaqatalanın “Simurq” komandasını qəbul edəcək “Bakı” oyuna ciddi itkilərlə çıxacaq. Qol.Az-ın məlumatına görə, zədə səbəbindən braziliyalı müdafiəçi Rafael Barbosanın qarşılaşmanı buraxacağı dəqiqləşib. Georgi Adamiya və Rafael Əmirbəyov isə qripə yoluxduqlarından ümumiyyətlə, son 3 gündə komandanın hazırlığında iştirak edə bilmirlər. Onların “Simurq”a qarşı oynayıb-oynamayacaqları hələ sual altındadır.
Qeyd edək ki, “Bakı”-“Simurq” matçı sabah saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki