Mircavadov Cambazovu əvəz edəcək futbolçu tapdı

XƏBƏR 11 Sentyabr 2009 / 18:03 1618
-  A +

Sabah “Turan”a qarşı oyunda "Xəzər Lənkəran"ın cəzalı futbolçusu Kostadin Canbazovu Denis Silva əvəzləyəcək. Qol.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytına açıqlamasında "XL"in baş məşqçisi Ağasəlim Mircavadov bildirib. Beləliklə, tovuzlu hücumçuların qarşısını İvan Pexa – Denis Silva cütlüyü kəsməyə çalışacaq. Komandanın sonuncu transferi Tomas İneman isə ehtiyatda olacaq. Ağasəlim Mircavadov ikinci yarıda çexiyalı müdafiəçiyə də oynamaq şansı verə bilər.
Xatırladaq ki, Canbazov Premyer-liqanın II turunda “İnter”ə qarşı oyunda qələbə qoluna sevinərkən maykasının soyunmuş və ardından ikinci sarı vərəqə alaraq meydandan qovulmuşdu. Nizam-İntizam Komitəsi bolqar müdafiəçiyə bir oyunluq cəza kəsdiyindən Kostadin sabahkı qarşılaşmanı tribunadan izləməli olacaq.


Son xəbərlər