Kreyq Bellami: "Azərbaycanın Rusiyaya badalaq vuracağına inanmıram"

Kreyq Bellami: "Azərbaycanın Rusiyaya badalaq vuracağına inanmıram"
XƏBƏR 11 Sentyabr 2009 / 16:00 1976
-  A +

“Bizim yaxşı komandamız var. Sadəcə, hamısı gəncdir. Bu heyətlə Rusiya kimi güclü komandanı məğlub etmək çətin məsələdir. Moskvada da ruslara layiqli müqavimət göstərdik amma uduzduq. Əvəzində, gənc heyətimiz gedib Azərbaycanı Bakıda məğlub etmişdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri  Uels-Rusiya matçından sonra Wales Online saytına açıqlamasında Uels milli komandasının hücumçusu Kreyq Bellami deyib. Bellami eyni zamanda oktyabrda Bakıda keçiriləcək Azərbaycan-Rusiya matçına da toxunub: “Rusların dünya çempionatına birbaşa yollanması onların öz əllərindədir. Almaniyanı Moskvada məğlub etsələr, vəsiqəni ciblərinə qoyacaqlar. Çünki Azərbaycanın son turda öz meydançasında olsa belə, ruslara badalaq vuracağına inanmıram”

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord