4:0 bəsdir, yetər artıq, bəsdir!

XƏBƏR 10 Sentyabr 2009 / 01:39 2250
-  A +

Bu gün dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində millimiz səfərdə Almaniya ilə qarşılaşdı. Qol.Az-ın məlumatına görə, almanlar komandamızı 4:0 hesabı ilə məğlub ediblər. Rəqib komandadan qapımıza qolları matçın 14-cü dəqiqəsində Ballak, 55 və 66-cı dəqiqəsində Klose, 71-ci dəqiqəsində isə Podolski vurub. Qrupumuzun digər oyununda isə millimizdən zəif hesab olunan cırtdan ölkə Lixtenşteyn öz evində Finlandiya millisi ilə heç-heçə etdi. Xatırladaq ki, bir neçə gün əvvəl Lənkəranda Finlandiyanı qəbul edən millimiz 1:2 hesabı ilə məğlub olmuşdu. Lixtenşteynin xal qazanması ilə birlikdə komandamız turnir cədvəlində son pillədə qərarlaşıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord