Georgi Kondryatev: “Azərbaycan millisi hesabı açdıqdan sonra öz oyunumuzu sərgilədik”

Georgi Kondryatev: “Azərbaycan millisi hesabı açdıqdan sonra öz oyunumuzu sərgilədik”
XƏBƏR 9 Sentyabr 2009 / 21:24 1918
-  A +

“20 ildən sonra Bakıya gəldiyimə görə çox sevindim. Burada hər şey ürəyimcə oldu. Bizə qarşı olan münasibət, şəhərin gözəlliyi, stadion və əlbəttə ki, komandamın qələbəsi”. Qol.Az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Belarus milli komandasının baş məşqçisi Georgi Kondryatev millimizlə oyunsonrası mətbuat konfransında deyib. Belaruslu mütəxəssis komandasının ilk 20 dəqiqədə zəif oynadığını bildirib: “İlk 20 dəqiqədə çox zəif oynadıq. Xeyli səhvə yol verdik. Yalnız Azərbaycan millisi hesabı açdıqdan sonra öz oyunumuzu sərgilədik. Nəticədə də 3 qol vuraraq, matçın taleyini həll etdik. Amma oyun haqda geniş danışa bilməyəcəm. Gərək ilk növbədə oyunu təhlil edim. Azərbaycan millisi xoş təsir bağışladı. İnanıram ki, burada hələ çox komandaya başağrısı olacaqlar”.  

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi