Bernard Lippert: “Məğlubiyyətə layiq deyildik”

Bernard Lippert: “Məğlubiyyətə layiq deyildik”
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2009 / 21:19 2142
-  A +

“Bugünkü oyunda məğlubiyyətə layiq deyildik. Oyuna yaxşı başladıq. Lakin 30-cu dəqiqədən sonra nəzarəti itirdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Bernard Lippert Belarusla oyundan sonra keçirilən mətbuat konfransında deyib. Almaniyalı mütəxəssis bununla belə komandasının mübarizə əzmini qeyd edib: “Orta xətdə boşluqlar yarandı. Rəqib də bundan istifadə edərək, ardıcıl 3 qol vurdu. Lakin hesabda 1:3 geri düşməyimizə baxmayaraq, uşaqlar özlərində güc taparaq mübarizə apardılar. Buna görə də onlara kompliment düşür. Amma təəssüf ki, futbolçularımın səyləri xal qazanmağa kifayət etmədi”.
Bernard Lippert məğlubiyyətə görə arxa xətt oyunçularını qınayıb: “Mənim özüm üçün də sürpriz oldu ki, müdafiədə bu qədər səhvə yol verdik. Halbuki əvvəlki oyunlarda müdafiəçilərimiz inamlı təsir bağışlayırdılar. Bu gün xüsusən də dayaq yarımmüdafiəçilər işlərinin öhdəsindən gəlmədilər”.

Daha çox


Son xəbərlər