“Saturn”da oynayan həmyerlimiz: “Azərbaycanda mənə önəm vermədilər”

“Saturn”da oynayan həmyerlimiz: “Azərbaycanda mənə önəm vermədilər”
XƏBƏR 9 Sentyabr 2009 / 18:10 1847
-  A +

“Bəli, Rusiya yığmasına getməyi daha üstün saydım. Azərbaycanda mənə önəm vermədilər. Həm də Avropaya tramplin baxımından Rusiya millisində oynamaq daha əlverişlidir, nəinki Azərbaycan. Bu səbəbdən Rusiya millisini seçdim”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Saturn”ın əvəzedici komandasında forma geyinən 17 yaşlı gənc azərbaycanlı istedad Emin Mahmudov deyib. O, millimizin Finlandiya ilə keçirdiyi son oyuna və Almaniya ilə bu gün keçirəcəyimiz qarşılaşmaya da münasibət bildirib: “Finlandiya ilə oyundan azı bir xalla ayrılacağımıza şübhə etmirdim. Amma öncə qələbəni, sonra isə 1 xalı əldən verdik. Yenə də uşaqlara “sağ ol” demək lazımdır. Qələbə qazanmaq olardı. Azərbaycan, bəlkə də, heç vaxt bu cür zəif Finlandiya ilə qarşılaşmayacaq. Almaniya ilə oyuna gəlincə, bu oyun çox çətin olacaq. Azərbaycan yığmasına ancaq uğurlar diləyirəm”.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı