09.09.09. Qeyri-adi gündə möcüzə olacaqmı?

09.09.09. Qeyri-adi gündə möcüzə olacaqmı?
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2009 / 16:46 2221
-  A +

Bu gün dünyada 1000 ildə bir dəfə baş verən olay yaşanır. Qol.Az-ın məlumatına görə, 9 sentyabr 2009-cu il tarixi üç 9 rəqəminin yan yana gəldiyi bir gündür. Çünki sentyabr da təqvimə görə 9-cu aydır.
Bütün dünyada milyonlarla insan hələ aylarla öncə məhz bu gündə uşaq dünyaya gətirmək və evlənmək üçün tələsirlər.
Dünyada hakim olan fikrə görə, bu gün dünyaya xoşbəxtlik və sülh gətirəcək.
Qeyd edək ki, 666 rəqəmi şeytan rəqəmi sayılır. 999 rəqəmi isə əksinə, xoşbəxtlik və sülh rəqəmi hesab edilir.
Bu gün Azərbaycan milli komandası üçün də tarixi gün kimi yadda qala bilər. Təbii ki, bu qeyri-adi gündə komandamız Almaniyada qeyri-adi nəsə edərsə..
Yeri gəlmişkən, bu oyunla bağlı bir maraqlı məqam da diqqəti cəlb edir. Oyunun başlama saatında da doqquz sözü var. Matç Almaniya vaxtı ilə saat saat doqquza on beş dəqiqə qalmış başlayacaq.

 

Daha çox


Son xəbərlər