Roman Axalkatsinin “Bakı” ilə oynaması sual altındadır

XƏBƏR 9 Sentyabr 2009 / 16:11 1950
-  A +

"Sioni" ilə yoxlama görüşündən sonra bir gün istirahət edən "Simurq" dünəndən "Bakı" ilə oyunun hazırlıqlarını bərpa edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, millinin düşərgəsində olan Daniel Axtyamov, Gennadi Solonitsin və Teymuraz Qonqadzedən başqa, bir neçə gündür daban ağrılarından şikayət edən Roman Axalkatsi də məşqlərdən kənarda qalıb. Həkim müayinəsindən sonra futbolçunun zədəsinin nə qədər ciddi olduğu bilinəcək. Axalkatsinin "Bakı" ilə qarşılaşmada meydançaya çıxmaq ehtimalı olduqca azdır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord