“Qarabağ” “ultrAslan”a təşəkkür etdi

“Qarabağ” “ultrAslan”a təşəkkür etdi
XƏBƏR 9 Sentyabr 2009 / 15:50 2120
-  A +

“Qarabağ” rəhbərliyi Avrokuboklarda komandaya güclü dəstək verdiyinə görə, “ultrAslan” fanat dərnəyinin prezidenti Ceyhun Əzizliyə xüsusi təşəkkür plaketi təqdim edib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “təşəkkürnamə”ni Əzizliyə təqdim edərkən başçılıq etdiyi fankluba verdiyi dəstəyə görə təşəkkür edib. “ultrAslan”ın başçısı isə öz növbəsində plaketə görə təşəkkürünü bildirib və bunun onlar üçün böyük anlam daşıdığını söyləyib.


 


Son xəbərlər