Enke Adlerə məsləhət verdi: “Diqqətli ol, hər an qol buraxa bilərsən”

Enke Adlerə məsləhət verdi: “Diqqətli ol, hər an qol buraxa bilərsən”
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2009 / 15:28 2212
-  A +

“Çox təəssüf ki, bu oyunda qapını qoruya bilməyəcəm. Amma neyləmək olar, futbolda bu cür bəxtsizliklər olur. Adlerin səviyyəsinə şübhə etmirəm. O, “Bayer”də yetərincə özünü sübut edib və milli komandaya layiq qapıçı olduğunu isbatlayıb. Bu mənada Azərbaycanla oyunda “çərçivə”də onun dayanacağını tam ədalətli qərar hesab edirəm. İnanıram ki, Rene öz işinin öhdəsindən layiqində gələcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında bu gün xəstəlik səbəbindən dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Hannoverdə millimizə qarşı keçiriləcək oyunu buraxacaq Almaniya millisinin əsas qapıçısı Robert Enke deyib. O, əvəzləyicisi Adlerə inandığını desə də, ona qəti arxayınlaşmamağı məsləhət görüb: “Adler oyun qabağı bir qədər sakit görsənir. Bu, əslində yaxşı haldır. Amma sakitliyi arxayınçılığa çevirmək olmaz. O, işinin o qədər çox olmayacağını düşünə bilər. Lakin hər şey tam əksinə də ola bilər. Millinin son məşqində də ona dedim ki, son dərəcədə diqqətli olsun yoxsa, hər an qol buraxa bilər. Bakıdakı qarşılaşma göstərdi ki, rəqibin heyətində sürətli futbolçular var. Onlar istənilən vaxt imkan tapıb qapıya zərbə endirə bilərlər. Bu zaman Adlerin oyunundan çox şey asılı olacaq. Ümumiyyətlə, mən düşünürəm ki, rəqibin kimliyindən asılı olmayaraq, oyuna ciddi yanaşmalısan. Biz hələ heç nəyi təmin eləməmişik”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın