Rene Adler: “İnanıramki, bu gün işim çox olmayacaq”

Rene Adler: “İnanıramki, bu gün işim çox olmayacaq”
XƏBƏR 9 Sentyabr 2009 / 14:40 1809
-  A +

“Enkenin xəstələnməsinə çox üzüldüm. O, həqiqətən də yaxşı qapıçıdır və milli komanda üçün vacib futbolçudur. Löv Azərbaycanla oyunda onun yerini mənə həvalə etdiyi üçün çox şadam. Mən də öz növbəmdə əlimdən gələni edəcəm ki, baş məşqçinin ümidlərini doğruldum”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya mətbuatına açıqlamasında bu gün dünya çempionatının seçmə qrup oyunu çərçivəsində millimizə qarşı əsas heyətdə meydançaya çıxacaq “Bayer”in qapıçısı Rene Adler deyib. O, axşamkı qarşılaşmada işinin az olacağını düşünür: “Rəqib Bakıdakı qarşılaşmada yaxşı oynamışdı. Bu mənada Enke müəyyən həyəcan yaşamışdı. Amma inanıram ki, müdafiə xəttimiz daha diqqətli oynayacaq və mənim də işim çox olmayacaq”.

Son xəbərlər