AFFA 720 manat irəli düşdü

AFFA 720 manat irəli düşdü
XƏBƏR 9 Sentyabr 2009 / 14:15 1859
-  A +

Bu gün AFFA Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iclasda aşağıdakı qərarlaq qəbul olunub:
I divizionun  I turunun “Şahdağ” - “Rəvan” oyununun 87-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Aqşin Ömərov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.
“ABN-Bərdə” - “Gəncə” oyununda “ABN-Bərdə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 manat cərimə olunub.
“Ədliyyə” - “Energetik” oyununda Mingəçevir klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 manat cərimə olunub.
MOİK - “Bakılı” oyununda “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində MOİK klubunun futbolçusu Cavid Rəhimov bilərəkdən rəqibi ayağı ilə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.
Futzal üzrə XVI Azərbaycan çempionatının “Araz” - “Neftçi” İSM oyununun 39-cu dəqiqəsində “Neftçi” İSM klubunun üzvü Ramin Həsənzadə “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 10 manat cərimə olunub.
“Abşeron” - “Azmetko” oyununun 37-ci dəqiqəsində “Abşeron” klubunun futzalçısı Qorxmaz Mehdiyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub isə 10 manat cərimə olunub.


Son xəbərlər