Rusiya millisinin üzvü Berti Foqtsa inanmır

Rusiya millisinin üzvü Berti Foqtsa inanmır
XƏBƏR 9 Sentyabr 2009 / 12:44 1883
-  A +

“Mən bilmirəm ki, Foqts niyə belə deyib. Amma o nə qədər iddialı danışsa da, onsuz da qalib gələn tərəf almanlar olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri "Sport-Ekspress"ə verdiyi müsahibəsində Rusiya millisinin üzvü Pavel Poqrebnyak milli komandamızın baş məşqçisi Berti Foqtsun Almaniyanı səfərdə məğlub etməklə bağlı verdiyi iddialı açıqlamaya münasibət bildirərkən deyib. Poqrebnyak bildirib ki, millimizin səfərdə Almaniyadan xal almaq üçün zərrə qədər də şansı yoxdur: “Bugünkü oyunda qrupdakı əsas rəqibimizin xal itirəcəyinə bir faiz da olsa inanmıram. Almaniya millisi Azərbaycana asanlıqla qalib gələcək”. 
Təcrübəli futbolçu bu cür düşünməsinin səbəbini belə izah edib: “Ona görə ki, Almaniya milli komandasının səviyyəsi həddindən artıq yüksəkdir. Zəiflərlə oyunda güclülər yalnız bir halda xal itirə bilərlər - əgər rəqibi qiymətləndirməsən. Almanlarda isə heç vaxt belə problem olmayıb. Çünki nizam-intizam Almaniya millisinin hər zaman əsas üstünlüklərindən biri olub”.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"