AFFA Berlində futbol məktəbi açır

AFFA Berlində futbol məktəbi açır
XƏBƏR 8 Sentyabr 2009 / 21:42 2095
-  A +

AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov bu gün Berlin şəhərində fəaliyyət göstərən "Azərbaycan evi" mərkəzinin rəhbərliyi ilə görüş keçirib. Qol.Az-ın məlumatına görə, tədbirdə qərara alınıb ki, Berlində yaşayan 3000 nəfərdən artıq azərbaycanlıların övladlarının futbolla məşğul olmasına şərait yaradılması üçün futbol məktəbi açılsın. Burada 8 və 10 yaşlı uşaqlardan ibarət, hər birində 20 uşaq olmaqla 2 qrup yaradılacaq. İlkin olaraq 1 il müddətinə nəzərdə tutulan dərsləri Eduard Davidaşvili və bir alman mütəxəssis keçəcək. Qeyd edək ki, belə bir məktəb ilk olaraq AFFA-nın nəzdindəki Futbol Akademiyasında açılıb.

Mənbə: affa.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı