Tomas Hitslşperger: “Azərbaycanla oyun bizim üçün Rusiyayla görüşdən heç də az əhəmiyyət daşımır”

XƏBƏR 8 Sentyabr 2009 / 21:18 2019
-  A +

“İndi hamı Rusiyayla oyun haqda danışır. Amma Azərbaycanla oyun bizim üçün Rusiyayla görüşdən heç də az əhəmiyyət daşımır. Sabahkı görüşdə biz mütləq 3 xal qazanmalıyıq. Əks halda Rusiyayla Moskvadakı matç barədə danışmağa belə dəyməz”. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Almaniya millisinin aparıcı üzvü Tomas Hitslşperger deyib. Təcrübəli futbolçu qrupda əsas rəqibləri olan Rusiya millisi haqda da fikirlərini bölüşüb: “Sabah eyni zamanda Rusiya millisi səfərdə Uelslə qarşılaşacaq. Əlbəttə ki, turnir cədvəli baxımından bu oyun da bizim üçün heç də az əhəmiyyət kəsb etmir. Biz səfərdə Finlandiyayla görüşdə heç-heçə oynamışdıq. Nəyə görə eyni halı Rusiya millisi Kardifdə yaşamasın? Bütün bunlara baxmayaraq, biz ilk növbədə öz oyunumuza köklənməliyik”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord