Löv Adleri seçməsinin səbəbini açıqladı

Löv Adleri seçməsinin səbəbini açıqladı
XƏBƏR 8 Sentyabr 2009 / 18:37 1919
-  A +

Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla Hannoverdə qarşılaşacaq Almaniya milllisinin baş məşqçisi Yoahim Löv əsas qapıçı Robert Enkenin yoxluğunda qapının niyə məhz Rene Adlerə etibar etməsinin səbəbini açıqlayıb. Qol.Az-ın “Reuters” ə istinadən verdiyi məlumata görə, Löv deyib: “Biz əvvəlcədən qərara almışdıq ki, cari ilin sonunadək komandamızın qapısını Robert Enke qoruyacaq. Lakin o qripə yoluxaraq, sıradan çıxdı. CAR-a qarşı keçirdiyimiz son yoxlama oyununda seçimi Adlerin xeyrinə etdik. Adler həmin qarşılaşmada yaxşı çıxış etdi. Bu isə onun özünəinamının artmasına səbəb olub. Bütün bunları nəzərə alaraq, Azərbaycanla sabahkı oyunda məhz onun meydana çıxmasına qərar verdik. Amma gələcəkdə necə olacağını indidən deyə bilmərəm”.
Xatırladaq ki, hazırda Almaniya millisinin düşərgəsində Rene Adlerdən başqa daha iki qapıçı - Tim Vize və Manuel Noyer də var.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı