«Turan» «Xəzər Lənkəran»la oyuna hazırlaşır

XƏBƏR 8 Sentyabr 2009 / 16:24 1973
-  A +

Həftə sonu «Xəzər Lənkəran»ın qonağı olacaq «Turan» bu oyunla bağlı hazırlıq prosesinin əsas mərhələsinə qədəm qoyub. Qol.Az-ın məlumatına görə, rəqibin oyununu futbolçular üçün təhlil edən məşqçilər cənublulara qarşı sərgiləyəcəkləri taktikanı müəyyənləşdiriblər. Ancaq tovuzluların səfərdə hansı taktiki gedişə üstünlük verəcəkləri hələ ki, mətbuata açıqlanmır. Bu arada bir müddətdi ki, zədəli olduğu üçün yüngül məşqlərlə kifayətlənən Junivan Suares komandanın ümumi məşqlərinə qoşulub.Hücumçu daha ayağında ağrılar hiss etmir və özünü «Xəzər-Lənkəran»a qarşı oynamaqda hazır sayır. Lakin hər şey «Turan»ın məşqçilərinin seçimindən asılı olacaq. Əgər mütəxəsislər rəqibə qarşı əks-hücum taktikası secsələr, ön xəttdə yalnız Nadir Nəbiyevə şans verəcəklər. Yox, Tovuz klubu hücum futboluna üstünlük versə, Suares Nəbiyevlə yanaşı oynayacaq. O ki qaldı «Turan»ın məşq prosesinə komanda gündə iki dəfə məşq edir. Məşqlər səhər və axşam olmaqla Qaraxanlı kəndində keçirilir.


Son xəbərlər