Belarus millisi artıq Bakıdadır

Belarus millisi artıq Bakıdadır
XƏBƏR 8 Sentyabr 2009 / 13:26 2125
-  A +

Sabah 2011-ci ildə keçiriləcək gənclər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət milli komandamızla qarşılaşacaq Belarus U-21-i artıq ölkəmizdədir. Qol.Az-ın məlumatına görə, belarusluları paytaxtımıza gətirən təyyarə 12:50-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Millimizin rəqibi hava limanından birbaşa məskunlaşacağı “Delfin” otelinə yollanıb. Yuri Kureninin başçılıq etdiyi Belarus millisi bu gün saat 19:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

Daha çox


Son xəbərlər